Menyu

DİN: Ötən il 90 erkən evliliyə cəhd aşkarlanıb, 28 nəfər məsuliyyətə cəlb edilib

Operativ Media
DİN: Ötən il 90 erkən evliliyə cəhd aşkarlanıb, 28 nəfər məsuliyyətə cəlb edilib

Ötən il həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evliliyə cəhd faktı müəyyən olunub və 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında bildirilib.

Məlumata görə, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

Həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb və 32 şəxs məsuliyyətə cəlb edilib.


Əlaqəli Xəbərlər