Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Operativ Media
Yanvarın 26-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq "Pirəkəşkül" yarımstansiyasında təmir işi aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.