Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanıb
Operativ Media
Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib.
"Növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanıb".- Sədr qeyd edib.