Menyu

Teleaparıcılar Azərbaycan dilində qarşılığı olan 33 xarici söz işlədiblər - FOTOLAR

Operativ Media
Teleaparıcılar Azərbaycan dilində qarşılığı olan 33 xarici söz işlədiblər - FOTOLAR

Ötən ilin dekabr ayında 14 telekanalın aparıcıları Azərbaycan dilində qarşılığı olan 33 xarici sözü 1366 dəfə istifadə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 telekanalın efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub:

"Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmayıb. İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim edilib, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirilməsi xahiş olunub. Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən, 33 söz Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyənləşib".

Şura televiziya yayımçılarına monitorinqin nəticələrini ciddi nəzərə almağı və bu istiqamətdə redaksiya nəzarətini gücləndirməyi tövsiyə edib:

"Əgər növbəti monitorinq zamanı Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında tendensiya azalmayacağı təqdirdə, qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri tətbiq ediləcək".

Əlaqəli Xəbərlər