Menyu

Sabunçu rayonunda naqil oğruları saxlanılıb

Operativ Media
Sabunçu rayonunda naqil oğruları saxlanılıb

Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə polisə məlumat daxil olub.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı H.Quliyev, 38 yaşlı Ə.Saqiyev və 33 yaşlı R.Əhmədov

saxlanılıblar. Araşdırma zamanı dəstə üzvlərinin daha iki evdən

məişət əşyaları və inşaat materialları oğurladıqları müəyyən edilib. Onların taladıqları naqilləri metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər