Masazırda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
Operativ Media
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Operativ Media-ya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur".- məlumatda qeyd olunub.