2025-ci ildə ümumilikdə 364 min 136 əmlak qeydiyyata alınıb

2025-ci ildə ümumilikdə 364 min 136 əmlak qeydiyyata alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, əmlakların ilkin və təkrar qeydiyyatında artım qeydə alınıb. Vərəsəlik və bağışlanma ilə ötürülən əmlakların qeydiyyatında isə cüzi azalma olub.
N.Alimova əlavə edib ki, 60 min 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin olunub. 413 min 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin olunub.
Qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlı fərmanın icrası ilə bağlı məlumat verən N.Alimova bildirib ki, bununla bağlı PHŞ-yə ümumilikdə 23 min 587 müraciət daxil olub. Onlardan 5 min 260 şəxsin sənədi daxil olub və 4 min 602 ədədinə çıxarış verilib.