Menyu

Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanılıb

Operativ Media
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanılıb

Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12650 manat dəyərində məişət əşyalarını oğurlayıb.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb. O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb. R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9000 manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər