Yasamalda oğurluq edən iki şəxs saxlanılıb
Operativ Media
Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 708 manat, mobil telefon və bank kartı oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.
Yasamal RPİ 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı zərərçəkənin itirdiyi bank kartını tapıb 495 manatlıq alış-veriş edən 47 yaşlı P.Sultanova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net