Menyu

Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Operativ Media
Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsünün avtomobildə yatmasından və qapının açıq olmasından istifadə edərək mobil telefonu gizlicə talayıb.

Araşdırma davam etdirilir.

Əlaqəli Xəbərlər