Zaqatalada keçmiş məhkumdan 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Operativ Media
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya bildirilib ki, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.