Məhsəti qəsəbəsində yerləşən, fiziki şəxs Tağıyev Vaqif Abbas oğluna və fiziki şəxs Məmmədov Asif Tofik oğluna məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.
Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yalnış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.