Ana səhifə / Cəmiyyət / Nəsimidə 6 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO Nəsimidə 6 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO 30.01.2026, 16:33 Operativ Media Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Eldar Əliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 6 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.
30.01.2026, 18:01 ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin heyəti Azərbaycana gəlib