Menyu

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

Yanvarın 31-də və fevralın 1-də ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər