Göyçayda yaşayış binasında yanğın baş verib
Operativ Media
Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5kv.m. sahədə süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən 2 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.