Menyu

Sublimasiya edilmiş məhsullarla bağlı nəzarət tədbirləri keçirilib

Operativ Media
Sublimasiya edilmiş məhsullarla bağlı nəzarət tədbirləri keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dondurulub qurudulmuş (sublimasiya edilmiş) məhsullarla bağlı yoxlama keçirib.

Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.

Yoxlama zamanı "Healthy Chic" MMC-yə məxsus emal müəssisəsində istehsal tarixi qeyd olunmayan emal edilmiş məhsullar və qanunvericiliyə uyğun etiket məlumatları olmayan hazır məhsullar müəyyən edilib. Fiziki şəxs Məmmədov Zaur Bəylər oğluna məxsus “Bizim Çərəz”, fiziki şəxs Əlixanov Elsun Arzu oğluna məxsus "Qozzi" və "Buta Çərəz" MMC-yə məxsus "Buta Çərəz" qida obyektlərində qanunvericiliyə uyğun etiketlənməyən sublimasiya edilmiş məhsulların satışa çıxarıldığı aşkarlanıb.

Faktla bağlı sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib edilib, məhsulların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər