Menyu

Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb

Operativ Media
Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Gecə saatlarında qara maska ilə mağazaya daxil olan adıçəkilən şəxslər oradan 1500 manatdan artıq pulu ələ keçirərək öz aralarında bölüblər.

Bundan əlavə, R.İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər