Menyu

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs reanimasiyada ölüb

Operativ Media
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs reanimasiyada ölüb

1977-ci il təvəllüdlü Əli Nağıyev 03.02.2026-cı il tarixində saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Bildirilir ki, sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, Əli Naǧıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəsindən bașı üstə özünü yerə atıb, bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub.

Göstərilən tibbi yardımlara baxmayaraq Naǧıyev Əli Hüseynbala oǧlu 03.02.2026-da müalicə olunduğu xəstəxanada ölüb.

Qeyd edək ki, vəfat edən şəxs Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayıb.

Əlaqəli Xəbərlər