Menyu

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Operativ Media
Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Fevralın 5-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhəri Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər