Menyu

Samuxda 16 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Operativ Media
Samuxda 16 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Heydər Quliyev saxlanılıb.

Operativ Media  xəbər verir ki, ondan ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitələr – həşiş və marixuana aşkar edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, H. Quliyev həmin narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər