Menyu

AQTİS-də fasiləsiz elektron xidmət davam etdirilir

Operativ Media
AQTİS-də fasiləsiz elektron xidmət davam etdirilir

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinin optimallaşdırılması, qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Operativ Media -ya verilən məlumata görə, AQTİS vasitəsilə idxal və ixrac ilə məşğul olan sahibkarlar sistemə fasiləsiz və rahat daxil olur və elektron qaydada müraciət edərək icazə sənədlərini minimum vaxt itkisi ilə əldə edirlər.

Həmçinin agentlik digər müvafiq dövlət qurumları ilə birlikdə təsdiq edilmiş iş rejiminə uyğun olaraq fəaliyyət göstərir.

Bundan əlavə, sahibkarlıq subyektləri üçün proseslərin daha çevik və effektiv təşkili sahəsində AQTİS sistemində təkmilləşdirmə işləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər