Menyu

Avtomobili narkotik və psixotrop maddələrin təsiri altında idarə edən şəxs həbs edilib.

Operativ Media
Avtomobili narkotik və psixotrop maddələrin təsiri altında idarə edən şəxs həbs edilib.

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib. 

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Əlaqəli Xəbərlər