Bakı–Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib
Operativ Media
05.02.2026-ci il tarixdə, saat 15:10 radələrində Bakı–Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Belə ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.