Maştağada elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Operativ Media
Fevralın 9-da Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində bir sıra elektrik xətlərində təmir işləri həyata keçiriləcək.
Operativ Media-ya bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar olaraq saat 09:00-dan 14:00-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.