Menyu

Onlayn sifarişlər bahalaşa bilər - VİDEO

Ayşən Sadıxzadə
Onlayn sifarişlər bahalaşa bilər - VİDEO

Onlayn alış-veriş qaydalarında planlaşdırılan dəyişikliklər qiymət artımına səbəb ola bilər. Söhbət məsafədən sifariş edilən məhsulların əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmasından gedir.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Milli Məclisdə aparılan müzakirələrə əsasən, qeyri-rezident onlayn satış platformalarının illik dövriyyəsi 10 min ABŞ dollarını keçərsə, həmin platformalar 30 gün ərzində Azərbaycanda vergi uçotuna alınmalıdır.

Qanun qüvvəyə minərsə, bu platformalar ölkə üzrə qeydiyyatdan keçəcək və müvafiq vergiləri ödəyəcək. Bu isə məhsulların son satış qiymətinə birbaşa təsir göstərə bilər.

Daha ətraflı sujetdə:

Əlaqəli Xəbərlər