Dövlət Statistika Komitəsinə yeni sədr təyin edilib - SƏRƏNCAM
Operativ Media
Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Nəsimi rayonu icra başçısı təyin edilməsi səbəbindən dövlət başçısının Sərəncamı ilə bu vəzifədən azad edilib.