Menyu

“Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb

Operativ Media
“Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb

Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Sakit Həmid oğluna məxsus “Sahib” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.

Belə ki, şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Nöqsanlarla əlaqədar şadlıq evinin qida blokunda işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub, sahibi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər