Menyu

“Şəki” kafesində nöqsanlar aşkarlanıb

Operativ Media
“Şəki” kafesində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, fərdi sahibkar Abdulkərimov Fərahim Yavər oğluna məxsus “Şəki” kafesində yoxlama keçirib.

Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər