Qubanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Operativ Media
Sabah Qubanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Operativ Media-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qəçrəş kəndi istiqamətində istismarda olan orta təzyiqli qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu müddətdə Amsar kəndinin bir hissəsi, 1-ci Nügədi Abidə bir hissəsi, 2-ci Nügədi 9-məhəllə, Dəvədabanı yaşayış massivi, M.B.Tahirov, Ağamalı, Fətəli Xan bir hissəsi, Qəçrəş, Qımılqazma, Qırız-Dəhnə və Küsnətqazma kəndləri olmaqla ümumilikdə 3184 abonentin qaz təchizatında fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net