Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Operativ Media
Fevralın 16-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.