Menyu

Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb

Biləsuvar rayonunun ərazisində yerləşən yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər