Menyu

“Komendant borcu”na görə qaz, su, işıq kəsilə bilərmi? - VİDEO

Operativ Media
“Komendant borcu”na görə qaz, su, işıq kəsilə bilərmi? - VİDEO

Yeni tikililərdə komendant borcu ilə bağlı yaranan mübahisələr son illər ən çox müzakirə olunan məsələlərdəndir. Sakinlər tez-tez mənzillərinin qapısına yapışdırılan bildirişlərlə üzləşirlər. Həmin bildirişlərdə göstərilir ki, borc qısa müddətdə ödənilməzsə, işıq, su və digər kommunal xidmətlər dayandırılacaq.

Operativ Media xəbər verir ki, yeni tikililərdə komendant və ya idarəedici şirkətlər liftin işləməsi, təmizlik, mühafizə, həyətin saxlanılması, ümumi işıqlandırma və digər ortaq xərclər üçün aylıq ödəniş toplayırlar. Bu ödənişlər qanunvericiliyə əsasən sakinlərin ümumi əmlakın saxlanılmasında iştirak öhdəliyindən irəli gəlir və prinsip etibarilə qanunidir.

Lakin əsas problem ödənişin özü deyil, borca görə tətbiq edilən təzyiq mexanizmləridir. Bir çox sakin hesab edir ki, komendantın qazı, suyu və ya işığı kəsmək ixtiyarı yoxdur və bu məsələ dövlət qurumlarının səlahiyyətindədir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi-nə əsasən çoxmənzilli binanın idarə olunması ya mənzil mülkiyyətçilərinin birliyi, ya da müqavilə əsasında fəaliyyət göstərən idarəedici şirkət tərəfindən həyata keçirilə bilər. Lakin fərdi mənzillərə verilən qaz, su və elektrik təchizatı birbaşa müvafiq xidmət qurumları ilə bağlanan müqavilə əsasında təmin edilir.

Ətraflı XəzərXəbər-in sujetində:

Əlaqəli Xəbərlər