Menyu

Mingəçevirdə mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib

Operativ Media
Mingəçevirdə mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhərinin Puşkin küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən qida məshullarının satışı mağazasında saxta alkoqollu içkilər müəyyən edilib.

Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.

Hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.

Fotogalereya

Əlaqəli Xəbərlər