Ana səhifə / Cəmiyyət / Qobustanda 4 kiloqram narkotik vasitə aşkarlanıb Qobustanda 4 kiloqram narkotik vasitə aşkarlanıb 17.02.2026, 16:40 Operativ Media Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar. Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
17.02.2026, 23:03 Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib