Menyu

Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb

Operativ Media
Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb

Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.

M.Mustafaxan küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaqani Əlimirzə oğluna məxsus kafedə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.

Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər