Menyu

Pirşağı və Lahıc bağlarında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Operativ Media
 Pirşağı və Lahıc bağlarında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Fevralın 19-da Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. ə

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər