Menyu

Paytaxtda yolun bir hissəsi suyun altında qalıb

Operativ Media
Paytaxtda yolun bir hissəsi suyun altında qalıb

Bakıda Mikayıl Əliyev küçəsində yolun bir hissəsi suyun altında qalıb.

Operativ Media xəbər verir ki, hadisəyə səbəb su xəttində baş verən qəza olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da baş verib.

“Xətai rayonu, Babək prospektindən keçən diametri 1400 mm olan içməli su xəttində qəza baş verib. Əraziyə Bakı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Axıntının qarşısı alınaraq xətdə təmir və bərpa işlərinə başlanılıb. Qəza nəticəsində yığılan sular tullantı su xətlərinə istiqamətləndirilib, hazırda suyun həcmi olduqca azalıb”, - qurumdan bildirilib.

Əlaqəli Xəbərlər