Menyu

Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Operativ Media
Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Gəncə şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən, Hacıyev Vüqar İlqar oğluna məxsus çayxanada nəzarət tədbiri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Obyektdə qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan üzlənmədiyi, alət və avadanlıqların təmiz saxlanmadığı, istifadə olunan suyun filtirasiya olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı aşkarlanıb. Bundan əlavə, sanitariya-gigiyena normalarına zidd digər nöqsanlar qeydə alınıb.

Faktla bağlı obyektin sahibkarı barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib və icrası məcburi göstərişlər verilib.


Fotogalereya

Əlaqəli Xəbərlər