Menyu

Xətaidə 24 kiloqram narkotik vasitə aşkarlanıb

Operativ Media
Xətaidə 24 kiloqram narkotik vasitə aşkarlanıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar. Onlardan 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. 

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər