Menyu

Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanılıb

Operativ Media
Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanılıb

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.

Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib. Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. 

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər