Menyu

“Gölüstü” restoranı və “Çinar” kafesində nöqsanlar aşkarlanıb

Operativ Media
“Gölüstü” restoranı və “Çinar” kafesində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunun Dayıkənd kəndində fəaliyyət göstərən “Gölüstü” restoranında və Qaraçala qəsəbəsi, Arxarası kəndində fəaliyyət göstərən “Çinar” kafesində bir sıra nöqsanlar aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı ictimai iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. “Gölüstü” restoranında qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan qida məhsullarının satışa çıxarıldığı da məlum olub. “Çinar” kafesində isə qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.

Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək obyektlərdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.


Fotogalereya

Əlaqəli Xəbərlər