Menyu

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Fevralın 24-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 132, o cümlədən borclu şəxs qismində axtarışda olan 99 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər