Ana səhifə / Cəmiyyət / Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanılıb Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanılıb 25.02.2026, 14:39 Operativ Media Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
25.02.2026, 16:09 İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub, şəhər və kənd sakinləri ilə görüşüb