Menyu

"BFT Cheesella” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində yoxlama keçirilib

Operativ Media
"BFT Cheesella” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində yoxlama keçirilib

Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Saatlı rayonunun Fətəlikənd kəndində fəaliyyət göstərən, “BFT Cheesella” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində yoxlama keçirib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Emal müəssisəsində keçirilən baxış zamanı qida məhsullarının etiketində məlumatların tam və dolğun göstərilmədiyi, yağ hazırlanma bölümündə havalandırma sisteminin qurulmadığı müəyyən olunub. Həmçinin temperaturun monitorinqi və qeydiyyatının aparılmasına dair jurnal yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisənin səlahiyyətli nümayəndəsi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər