Sumqayıtda 31 yaşlı qadın qətlə yetirilib
Operativ Media
Martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net