Menyu

MEDİA jurnalistlər üçün vizual hekayəçilik mövzusunda vörkşop təşkil edib

Operativ Media
MEDİA jurnalistlər üçün vizual hekayəçilik mövzusunda vörkşop təşkil edib

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən bir sıra media nümayəndələrinə “Vizual təsirin gücləndirilməsi və müasir auditoriya üçün cəlbedici multimedia məzmunlarının hazırlanması” mövzusunda vörkşop keçilib.

Operativ Media xəbər verir ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli rəqəmsal dövrdə medianın auditoriya ilə səmərəli kommunikasiya qurması üçün vizual hekayəçilik və multimedia alətlərindən düzgün istifadənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə vörkşoplar jurnalistlərin peşəkar bacarıqlarının inkişafına, həmçinin müasir media mühitində rəqabət qabiliyyətli məzmunların hazırlanmasına töhfə verir.

Vizual kommunikasiya mütəxəssisi və film rejissoru Antye Dombrovskinin təqdimatında keçilən vörkşop çərçivəsində ümumilikdə altı sessiya təşkil olunub. Sessiyalarda “Müasir multimedia məzmun yaradıcılığına giriş: təcrübə və fikir mübadiləsi”, “Real iş mühitində qərarvermə: peşə terminologiyası, montaj və vizual elementlərin işlənilməsi”, “Hekayəyə giriş: auditoriyanı cəlb edən giriş strategiyaları, emosiya və etibarlılıq”, “Avadanlıqlardan istifadə: kadrlama və perspektivin gücü”, “Vizual materiallarda emosional təsir və etik yanaşma”, eləcə də “Vizual hekayəçilikdə refleksiya və əsas nəticələr” mövzuları müzakirə olunub.

Antye Dombrovski diqqətə çatdırıb ki, vizual hekayəçilik və multimedia alətlərindən səmərəli istifadə media materiallarının təsir gücünü artırmaqla yanaşı, məlumatın auditoriyaya daha aydın və cəlbedici şəkildə çatdırılmasına xidmət edir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Əlaqəli Xəbərlər