Menyu

Yardımlıda 9 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Operativ Media
Yardımlıda 9 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Operativ Media xəbər verir ki, bu barəd DİN məlumat yayıb.

Tədbirlər nəticəsində 30 yaşlı Orxan Verdiyev və 34 yaşlı İlham Abbasov saxlanılıblar. Onlardan müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri 9 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər