Menyu

Bankomatda qalan pulu oğurlayan şəxs saxlanılıb

Operativ Media
Bankomatda qalan pulu oğurlayan  şəxs saxlanılıb

Nizami rayonunda paytaxt sakini olan bir nəfər bankomatda unutduğu 676 manatının oğurlanması barədə polisə müraciət edib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı H.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, kart sahibi əməliyyatı başa çatdıra bilməyib və bankomatın yanından uzaqlaşıb. H.Allahverdiyev isə hesabın açıq olduğunu görərək zərərçəkənin maddi vəsaitini oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər