“Nizami” metro stansiyasının qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edilib
Operativ Media
Paytaxtın Yasamal rayonunda daha 4 kəsişmədəki svetoforlara velosiped bölmələri quraşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Mikromobilliyin inkişafı istiqamətində görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud svetoforlara 8 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan yaradır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net