Yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb
Operativ Media
Səbail rayonunda yük avtomobilindən 370 manat və bank kartının oğurlaması barədə polisə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 50 yaşlı M.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, avtomobilin qapısının açıq qalmasından istifadə edərək pulu və sənədləri oğurlayıb.
Bundan başqa, saxlanılan şəxsin başqa bir vətəndaşa məxsus yük avtomobildən isə 460 manat oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net